Dünya 10:42 17.07.2017

Dünya şöhrətli rejissor dünyasını dəyişdi

Dünya şöhrətli rejissor, yazıçı Corc Romero dünyasını dəyişib.

"Qaynarinfo" "CNN"ə istinadən xəbər verir ki, 77 yaşlı rejissor bir müddət idi ağciyər xərçəngindən əziyyət çəkirdi. 

Qeyd edək ki, Amerikada doğulan rejissor satirik-qorxulu filmləri ilə məşhur idi. Rejissorun "Night of the living dead" filmi xüsusilə tanınır.

Filmlərini əsasən kiçik büdcə ilə çəkən Romeronun "Living Dead", "Dawn of the Dead" filmləri onun debüt işlərindən hesab edilir və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdi.

Gülşən

Qaynarinfo.Az