Dünya 16:17 18.08.2018

Dünyada 2 milyard insan yoxsulluqdan əziyyət çəkir

"Qlobal Humanitar Yardım Hesabatı 2018" məlumatına görə, dünyada 2 milyard insan yoxsulluqdan əziyyət çəkir.

Qaynarinfo xəbər verir ki, 753 milyon nəfər isə xüsusilə pis vəziyyətdə yaşayır. Quraqlıq, qarşıdurma, təbii fəlakətlər yardıma möhtac insanların sayını daha da artırıb. Suriya, Yəmən, Cənubi Sudandakı qarşıdurmalar, Afrikadakı quraqlıq və qida təhlükəsizliyi, Qəraib və Asiyada isə təbii fəlakətlər insanların vəziyyətini daha da çətinləşdirir. 

Hesabatda bildirilir ki, 201 milyondan çox insan humanitar yardıma möhtacdır. Köməyə ehtiyacı olan ən çox insan Suriya və Yəməndədir və ötən il ən çox humanitar yardım bu ölkələrə göndərilib. 

Dünyadakı 2 milyard insan gündə 3,2 dollardan az, 753 milyonu isə 1,9 dollardan az gəlirlə yaşamağa çalışır. 

Ən çox humanitar yardım göstərən ölkə Türkiyədir. Ötən il bu məbləğ 8,07 milyard dollar olub. ABŞ 6,68 milyardla 2-ci, Almaniya 2,99 milyard dollarla 3-cüdür. 

Miqrant sayı 23 milyona, yaşadıqları yeri tərk etmək məcburiyyətində qalanların sayı isə 68,5 milyona çatıb. 

Gülşən