Ekonomiks 12:29 17.08.2013

Dünyada ən iri birja operatoru yaradılır

ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə Komissiyası Nyu-York Fond Birjasının sahibi olan “NYSE Euronext”in Avropa İttifaqında bir neçə birjaların sahibi olan “Intercontinental Exchange” (ICE) birja operatora satılmasına dair əqdi təsdiqləyib.

“APA-Economics”in məlumatına görə, əqdin qiyməti 8 mlrd. dollar təşkil edir.

Əqdin nəticəsində dünyada ən iri çoxsahəli birja operatoru yaradılacaq. Bu birja səhm və onların törəmə alətlərini, əmtəə fyuçers və opsionları, kredit derivativləri, valyuta alətləri və faiz dərəcələrindən törəmə alətlərin ticarəti üzrə meydançaları idarə edəcək.

Qeyd edək ki, ICE 2000-ci ildə, Nyu-York Fond Birjası isə 1792-ci ildə yaradılıb.

Qaynar.info