İngiltərənin baş naziri Tereza Mey Səhiyyə Nazirliyi nəzdində İntiharların QarşısınınAlınması Nazirliyinin yaradılması haqda sərəncam verib.

"Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Mey bu vəzifəyə Ceki Doyl-Praysı təyin edib. Ötən il 5 min 821 nəfərin intihar etdiyi İngiltərədə özünəqəsd riski qadınlara nisbətən 3 dəfə çox olan kişilərdə 45-49 yaş aralığında dəyişir.

Hökumət intiharlarla mübarizə proqramı üçün 1 milyon 800 min sterlinq vəsait ayıracaq. Yeni nazirlik dünyada intihar əleyhinə yaradılmış ilk nazirlikdir. BVF