Foto 17:44 13.11.2017

Dünyanı fəth edən 14 yaşlı azərbaycanlı qız (FOTO/VİDEO)

Artlıq 2017-ci ildə 2 mahnısını dinləyicilərə təqdim etmiş gənc pop-musiqiçi Sabina Beyli növbəti dəfə öz dinləyicilərinə "Papito" və "Chokolata" mahnıları ilə tanınmış Ruminiya ifaçısı Seeya ilə birgə yeni və enerji dolu ispan dilində «Ni Puedo» adlı duetini təqdim edib. 

"Qaynarinfio" xəbər verir ki, bu çox ümid bəxş edən hərəkətli mahnı dinləyicilərə 4 noyabr tarixində təqdim edilmişdir və dinləyicilər tərəfindən birinci 4 gün ərzində 500.000 dəfədən çox izlənilib.

Öz gənc yaşına baxmayaraq (Sabinanın bu yaxinda 14 yaşı tamam olmuşdur), Sabina Avropa və Amerikada popularlaşmış «Ready For Tonight» və «Never Let Go» adlı ingilis dilli mahnıları ilə Avropanın müsiqi aləmində özünə diqqət cəlb etməyi bacarıb. 

Çox istedadlı cə zəhmətkeş Sabuna Beyli bu nailiyyətləri ilə kifayətlənməyi planlaşdırmır və yaxın zamanlarda Amerika və Avropa bazarlarında ispan və ingilis dillərində yeni xit mahnılarının yayımlanmasına hazırlaşır. 

Hamını "SabinaBeyliVEVO" YouTube kanalında Sabina Beyli-nin Seeya ilə birlikdə ifə etdiyi bu enerji dolu musiqi xiti olan «No Puedo» mahnısını izləməyə dəvət edirik.

Qaynarinfo.Az