İdman 09:38 09.01.2018

Dünyanın ən bahalı futbolçuları (SİYAHI)

Avropanın 5 ən böyük çempionatını - İspaniya, İngiltərə, Almaniya, İtaliya və Fransa liqalarını əhatə edən araşdırma nəticəsində transfer qiyməti ən baha olan futbolçular müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) hazırladığı hesabata əsasən, ötən yay "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunan Neymar ən bahalı futbolçu olub. Onun ümumi dəyəri 2013 milyon avrodu.

CIES-in araşdırmasına futbolçunun yaşı, müqaviləsinin bitməsinə qalan müddət, futbolçunun ampulası, klubundakı və milli komandadakı performansı, klubunun performansı kimi kriteriyalar daxildi.

Bu kriteriyalara görə ən bahalı futbolçu olan Neymar dəyərini artırıb. Belə ki, 2017-ci ilin yayınadək onun transfer qiyməti 210,7 milyon avro idi. Son 6 ayda isə o, dəyərini 2,3 milyon avro yüksəldib.

Neymarı "Barselona"dakı keçmiş komanda yoldaşı Lionel Messi izləyir. 6 ay əvvəl bazar qiyməti 151,7 milyon avro olan argentinalı ulduzun dəyəri artıq 202,2 milyon avroya çatır.

CIES-in dəyərini 194,7 milyon avro olaraq müəyənləşdirdiyi "Tottenhem"in 24 yaşlı ulduzu Harri Keyn 3-cü, PSJ-nin "Monako"dan heyətinə qatdığı 19 yaşlı Mlian Mbappe 192,5 milyon avro ilə 4-cü yeri yeri tutur.

Son 10 ildə dünyanın ən yaxşı futbolçusu adını Messi ilə bölüşən Kriştiano Ronaldonun dəyərində isə böyük eniş var. "Real"ın portuqaliyalı ulduzu 49-cu pilləyə geriləyib. 2017-ci ilin yayında 112,4 milyon avro dəyəri olan Ronaldo 11-ci pillədə idi. Onun onun transfer qiyməti 84,4 milyon avrodu.

Gələn ay 33 yaşını qeyd edək ki, Ronaldo 2017-ci ildə bütün turnirlərdə 53 qol vuraraq Çempionlar Liqasını, UEFA Super Kubokunu, İspaniya La Liqasını, İspaniya Super Kubokunu və klublararası dünya çempionluğunu qazanmış və 5-ci dəfə ilin ən yaxşı futbolçusu seçilmişdi.

Dünyanən ən bahalı 10 futbolçusu:

1. Neymar (PSJ): 213 milyon avro
2. Lionel Messi (Barselona): 202,2 milyon avro
3. Harri Keyn (Tottenhem): 194,7 milyon avro
4. Kilian Mbappe (PSJ): 192,5 milyon avro
5. Paulo Dibala (Yuventus): 174,6 milyon avro
6. Dele Alli (Tottenhem): 171,3 milyon avro
7. Kevin de Bruyne (Mançester Siti): 167,8 milyon avro
8. Romelu Lukaku (Mançester Yunayted): 164,8 milyon avro
9. Antoine Qrizmann (Atletiko): 150,2 milyon avro
10. Paul Poqba (Mançester Yunayted): 147,5 milyon avro