Amerikanın lyuks yataq hazırlayan "Savoir" şirkəti dünyanın ən bahalı yatağını nümayiş etdirib.
Qaynar.info-nun məlumatına görə, nümayiş olunan yatağın qiyməti 175 min dollardır.
Yatağın istehsalçıları bildiriblər ki, onun hazırlanmasına təxminən 700 saat vaxt sərf olunur: "Həmin yatağın üzərində Xempton-Korte məktəbində Keyt Middltonun gəlinlik paltarını hazırlayan insanlar işləyiblər. Bu yataqdan siz bütün ömrünüz boyu istifadə edə bilərsiz. Döşək və yay mexanizminə 25 illik zəmanət verilir, qalan hissələr isə 100 illərlə istifadə oluna bilər. "
İstehsalçılar yatağın döşəyinin monqol kaşmirindən və Latın Amerika atlarının quyruğundan hazırlandığını bildiriblər. Hər yataq müştərinin sifarişləri əsasında hazırlanır. Yatağın istehsalı isə məhdud saydadır.
Qaynar.info
Şərhlər