Hindistanın baş naziri Narendra Modi dünyanın ən böyük tibbi sığorta layihəsini elan edib.

Qaynarinfo xəbər verir ki, "Modicare" adlanan layihə ölkənin 40%-ini əhatə edəcək. Hindistanın ən az gəlirli 100 milyon əhalisinin hər birinə illik 6900 dollarlıq tibbi xidmət göstəriləcək. Sığorta layihəsi ildə ölkəyə 1,6 milyard dollara başa gələcək və xərclər artdıqca ayrılan məbləğ artırılacaq.

Dövlət səhiyyə sisteminin zəif olduğu Hindistanda əsasən özəl tibb müəssisələri fəaliyyət göstərir. Bu ölkədə orta səviyyəli ailənin gəlirinin təxminən 60%-i tibbi xərclərə gedir. Aşağı səviyyəli tibbi xidmətə görə hər il 1,6 milyon insan dünyasını dəyişir.
 
Gülşən