Dünya 10:15 04.09.2013

Dünyanın ən çirkin qadınları

İngilis qadınları dünyanın ən çirkin qadınlarıdır.

İngiltərənin "Daily Mail" qəzetinin məlumatına görə, sorğu bir neçə kriteriya əsasında aparılıb və ingilis qadınları bütün kriteriyalar üzrə ən çox xal toplayıblar. Ən şox içki içən, pis geyinən qadınlar İngiltərədədir.

İngilislərin çox səs toplamasına səbəb isə çox içki içmələri, gəyirməkləri, bərbad geyinməkləri və bir sözlə "qadına uyğun davranışlar nümayiş etdirməmələri" olub. İngilis qadınlar siyahıda 22,4 faiz səs toplayıblar.

İkinci yerdə amerikalı (16,7 faiz), üçüncü yerdə isə qərbi avropalı və ispan qadınlardır (15,7 faiz). Siyahıda ən sonuncu yeri isə türk qadınları tutub.//Anspress