Dünya 12:15 24.05.2013

Dünyanın ən dəhşətli həbsxanası bağlanır

ABŞ prezidenti Barak Obama ikinci müddətində terrorla mübarizəyə dair ilk açıqlamasını verib.

ABŞ-ın bir dönüş nöqtəsində olduğunu söyləyən Obama insansız hava vasitələri ilə həyata keçirilən hücumları dəstəkləyib. Obama bu vasitələrdən ölümcül terror aktları həyata keçirən terrorçularla mübarizədə ölkəni qorumaq məqsədilə istifadə etdiklərini bildirib.

Bunun sayəsində ABŞ-ın daha təhlükəsiz bir yer olduğunu söyləyən Obama insansız hava vasitələri ilə həyata keçirilən əməliyyatların qanuni və həyat qurtarıcı olduğunu deyib.

ABŞ prezidenti birinci müddətində bağlanacağını vəd etdiyi Quantanamo həbsxanasıyla bağlı da danışıb. 166 nəfərin saxlandığı həbsxanaya hər il 150 milyon dollar xərcləndiyini bildirən Obama Konqresi bu həbsxananın bağlanmasının qarşısındakı maneələri aradan qaldırmağa çağırıb. Obama ABŞ üçün Quantanamonun simvolik istehza mövzusuna çevrildiyini deyib. Obamanın çıxışı əsnasında bir nəfər 3 dəfə onun sözünü kəsib. Obama Quantanamodakı aclıq aksiyasını xatırladan etirazçını səbrlə dinləyib, amma hirsləndiyi də gözdən qaçmayıb.

Qaynar.info