Video 13:49 08.01.2018

Dünyanın ən dərin gölündə dalğalar belə dondu (VİDEO)

Sibirin cənubunda yerləşən Baykal gölü donub.

Qaynarinfo xəbər verir ki, dünyanın ən dərin gölündə dalğaların donma anı kameraların yaddaşına düşüb.

Qeyd edək ki, Rusiyanın ərazisində yerləşən Baykal gölü dünyanın ən böyük şirin su mənbəyidir. Baykal gölü 6000 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir.