Foto 16:16 18.12.2017

Dünyanın ən dik funikulyoru (FOTOLAR)

Dünən dünyanın ən dik funikulyoru olan "Schwyz-Stoos"un açılışı həyata keçirilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İsveçrənin "Stoos" kəndində yerləşən funikulyor 14 illik çalışmadan sonra istifadəyə verilib. Alp dağının ətəyində, dəniz səviyyəsindən 1300 m məsafədə yerləşən kənddə cəmi 100 nəfər yaşayır və funikulyor 743 m yüksəkliyə çıxa bilir. "Schwyz-Stoos"-un inşası 53 milyon dollara başa gəlib.

Bundan əvvəl Berndəki "Gelmerbahn" funikulyoru bu rekordu qırmışdı.

Gülşən