Dünyanın ən gənc qadın baş naziri seçildi (FOTOLAR)

Dünyanın ən gənc qadın baş naziri seçildi (FOTOLAR)

Finlandiyanın 34 yaşlı rabitə və informasiya naziri Sanna Marin ölkənin baş naziri təyin edilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, siyasi karyerasına gənc yaşlarında başlayan Marin 27 yaşında Tamperenin bələdiyyə sədri seçilib. 

Xatırladaq ki, koalisiyanı təşkil edən 5 əsas siyasi partiyadan biri olan Mərkəz Partiyası ölkədə baş verən aksiyalardan sonra baş nazir Rinneyə etibarını itirdiyini açıqlamış, ardından isə o, ötən həftə vəzifəsindən istefa vermişdi.

Qeyd edək ki, Finladiyada 6 ay öncə hakimiyyətə gələn mərkəz sol koalisiyası 5 siyasi partiyasından ibarətdir. Bu partiyaların hamısının lideri qadındır və 5 liderin də yaşları 32-35 yaş arasında dəyişir. Sanna Marin 5,5 milyon əhalisi olan ölkənin siyasi tarixində üçüncü qadın baş nazirdir.

Camal
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR