Dünya 20:19 12.11.2013

Dünyanın ən gözəl 9 şəhəri

Bəlkə bu şəhərlərdən birinə səyahət edəsiniz? 

Dünyada bir çox ölkələr, hər ölkənin də özünəməxsus gözəlliyi olan şəhərləri var.  Bu şəhərlərin özünəməxsus özəllikləri, görməli yerləri, məşhur yeməkləri milyonlarla insanda həmin şəhəri ziyarət etmək istəyi yaradır. Ailem.az belə şəhərlərdən 9-u haqda maraqlı məlumatları sizə təqdim edir.     

1. Amsterdam: Çay daşlarıyla salınmış küçələri, heyranedici zərif memarlıq abidələri, körpüsü onun dünyanın ən möhtəşəm şəhəri olmasına zəmin yaradır.                                                                                                         

2. Budapeşt:  Budapeşt Tuna çayı vasitəsiylə iki yerə bölünüb. Kral sarayı, zərif neo-renessans dövrünə məxsus binalar, geniş prospektlərin olduğu möhtəşəm bir şəhərdi. Sevgililər üçün romantik bir məkan. Burdakı Parlament binası və qədim Zəncir körpüsü sizi heyran edəcək.       

 3. Florensiya: Bura saray və muzey kolleksiyasıdı sanki. Bütün şəhər mənzərəlidir.

 4. Rio-de-Janeyro: "Allah dünyanı 6 gün ərzində yaratdı, ancaq 7-ci gün Rionu ayırdı" deyirlər. Bura həqiqətən də dünyanın ən təbii gözəlliyinə sahib olan şəhəridi. Tanınmış Corcovado heykəli və Sugarloaf dağı bu şəhərdədir. Paarlaq qumlu çimərlikləri və okeanları şəhəri daha möhtəşəm edir.         

5. Paris: Şəhərdə çarpaz körpülər, böyük bulvarlar, abidələr var. Gəmi ilə səyahətə çıxmaq, açıq havada kafedə əyləşmək üçün əlverişlidir.             

 6. Praqa: Tarixin hər dönəmindən qalma möhtəşəm tarixi abidələri var. Abidələr bu günümüzə qədər qorunub saxlanılıb. Özəlliklə möhtəşəm Çarls körpüsü, Vitava çayı, körpülər insanda heyranlıq yaradır.

7. Roma: Tiber çayı tərəfindən 7 təpə üzərində yerləşən şəhər. Gözəl memarlıq abidələri var. Prospektləri daha çox çiçək qutuları ilə dekorasiya edilib. Heyranedici küçələrlə, evlərlə zəngindir.                                                                                                     

8. Venesiya: Dünyanın ən gözəl şəhəri və gözəlliyinin tayı olmayan bir yerdir. Hər binası bir sənət əsəridir. Nağıllar şəhəridir. İlk baxışdan hər kəsi heyran edir.          

9. Brüssel: Bura çay daşlarından salınmış küçələrlə, qotika və barokko üslublu binalarla zəngin olan şəhərdir.                          

Qaynar.info