Ölkə 11:47 05.10.2017

Dünyanın ən gözəl müəllimləri (FOTOLAR)

Müəllimlik çox ali peşədir. Valideynlərimizlə yanaşı, müəllilərimiz də bizim şəxsiyyət kimi formalaşmağımıza təsir edir. Bütün peşələri özündə birləşdirən və həyatımızda önəmli yer tutan bütün müəllimləri peşə bayramı günündə təbrik edirik.

Bu xəbərimizdə isə sizə dərs oxumaq üçün motivasiyanı öz gözəllikləri ilə verən müəllimləri təqdim edəcəyik. "Qaynarinfo" dünyaynın bir sıra ölkələrindən ən gözəl və yaraşıqlı müəllimləri təqdim edir:

1. Dejiney


Dərs deməklə yanaşı idmanla da məşğul olan Dejiney çox gözəl bədən qurluşuna malikdir. O dərsi öz şəxi metodları ilə keçməyi xoşlayır və dərs boyu uşaqlarla birgə idman etməyi də unutmur. Düşünür ki, uşaqlar hər zaman aktiv olmalıdır. 

2. Nikolas Ferroni 


Ferroninin xarici görnüşü onun tələbələri üçün əsl motivasiya mənbəyidir. Müəllim onun dərsindən yüksək bal alan tələbələrinin adlarını qoluna tatu (xına ilə) edəcəyinə söz verib və sözünün üstündə dayanıb. Peşə seçimini o belə izah edir: "Uşaq vaxtı mən qəhrəman, psixoloq, filososf, aktyor və komediya ustası olmaq istəyirdim. Ona görə də, müəllim oldum". 

3. Bendjamin Som


İngilis dili müəlliməsi olan Som dərsi uşaqlara sevdirməyi çox yaxşı bacarır. O ingilis dilini məktəbdə öyrənə bilməyənlərə də sevdirə bilir. 

4. Maykl Bonner


Bonner böyük ürəyə sahib insandır. Onun tələbləri kasıb ailənin uşaqlarıdır. O anlayır ki, evdə bu cür problemləri olan uşaqlar üçün oxumaq çətin olur. Bu cür çətinlikləri və problemləri unutdurmaq üçün o rəqsi və musiqini uşaqlara sevdirir. Ellen Dedjeneres onlara rəqs və musiqiləri lentə almaq üçün texnika və 25 000 dollar həcmində çek hədiyyə edib.

5. Patris Braun 


Patrisin paylaşdığı hər şəkildən sonra valideynlər və məktəblilər arasında böyük müzakirələr yaranır. Bəziləri onun geyimini və tərzini bəyənmir. Bu daha çox qadınlara aiddir. Kişilər onun geyimində pis heç nə görmür və bu cür müəllimlərin olmasına görə xoşbəxt olduqlarını vurğulayırlar.

6. Vin Vik 


Model və məktəbəqədr hazırlıq kursunun sahibi

7. Yeva Lu 


Tələbələrindən seçilməyən müəllimə. Onun tələbələri hər zaman yaxşı nəticələr göstərir. 

8. Kris Pek 


Öz peşəsinin aşiqidir. Dərsə qatdığı maraqla tələbələri cəlb etməyi bacarır. Onun sayəsində uşaqların oxumağa marağı artıb. Sirri isə çox sadədir. Uşaqlara istədiklərini oxumağa icazə verir.

9. Cordan Qoddard


İbtidai siniflərə dərs deyən kolumbiyalı müəllimə öz gözəlliyi ilə uşaqlara stimul verir. Kolumbiya gözəli seçilən Cordan konkurslarda yenidən iştirak edir və yenidən birinci olacağına hər kəs inanınr.

10. Petro Boselli


Universitetdə bu cür Riyaziyyat müəllimini təsəvvür etmək bir az çətindi. O dərs deməklə yanaşı, həm də modelliklə məşğuldur. 

11.Pak Xen San


Cənubi Koreyada dərs deyən bu müəllimin mühazirələrinə tələbələr sevə-sevə qatılır. Onlar düşünür ki, bu gözəllikdə müəllimi görmək üçün dərsdən qalmaq olmaz biz də elə düşünürük. 

Bonus olaraq sizə şərq rəqslərini öyrədən Marqarita Şeyx Alini təqdim edirik.


Şərqin gözəlliyini bu cür zərif müəllimlə öyrənmək ən doğru seçimdir. 

Lalə Niftalıyeva

Qaynarinfo.Az