Dünya 11:22 18.09.2013

Dünyanın ən gözəl təqaüdçüləri - FOTO

Britaniyanın Channel 4 telekanalı dünyanın ən qlamur təqaüdçüləri saydığı 6 şəxs barədə sənədli film çəkib.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Fabulous Fashionista" filmində 85 yaşlı sabiq model Dafna Self, 91 yaşlı baronessa Trampinqton, 75 yaşlı Bricit Socorner, 75 yaşlı Jan Vuds, 87 yaşlı Cillian Linn və 73 yaşlı Syu Kreyzmandan bəhs edir.
 
Filmin müəllifi Syu Born deyib: "Bu xanımların yaşıdlarının əksəriyyəti həyatlarının qürub dönəmində olduğuna şübhə etmirlər. Lakin filmimizdəki xanımlar yaşlarına, zamana meydan oxuyurlar. Onlar hər şeyə rəğmən cavan qalmaq, gözəl görünmək istəyirlər".

Qaynar.info