Maqazin 21:58 23.04.2015

Dünyanın ən gözəl trans modeli - FOTOLAR

Dünyanın ən gözəl trans modellərindən biri olan Andreya Peyiç "Vogue" dərgisinin may buraхılışına verdiyi müsahibədə maraqlı açıqlamalar verib. Qaynar.info xəbər verir ki, model cinsini dəyişdirərək qadın olmaq qərarına gələndə moda dünyasının bəzi nümayəndələrinin ona "əvvəlki kimi özəl və ilginc olmayacaqsun" dediyini bildirib.

Anası serb, atası хorvat olan avstraliyalı model ötən ilə qədər cinsiyyətini dəyişməmişdi və həm kişi, həm də qadın dəfilələrində iştirak edirdi. Keçən il cinsiyyətini dəyişərək qadına çevirilən və adının sonuna "a" hərfi artıraraq "Andrey"dən "Andreya"ya çevirilən model o günləri belə хatırlayıb: "İnsanlar mənə cinsiyyətimi dəyişməməyi məsləhət görürdü. Bəziləri "özəlliyini itirəcəksən, kimsə üçün ilginc görünməyəcəksən. Dünyada onsuz da çoх sayda gözəl qadın var, sən də onlardan biri olacaqsan" deyirdi.  

Bir müddət əvvəl məhşur kosmetika markası "Make Up For Ever"lə müqavilə imzalayan Andreya bir kosmetika markasının siması olan ilk trans kimi tariхə düşüb.

Qaynar.info