Dünya 10:16 03.03.2014

Dünyanın ən ilginc etiraz aksiyaları - SİYAHI


Özünü tavandan asan da var, kəfən geyinib yolun ortasında uzanan da... 


Ötənhəftə şəhərdə xəbər yayıldı ki, bir qrup gənc metroda şalvarınısoyunaraq etiraz aksiyası keçirməyə hazırlaşır. Bütün polisin səfərbərolunub, metrolarda reyd keçirməsi, sosial şəbəkələrdə bunun müzakirəmövzusuna çevrilməsi də bu səbəbdən idi. Məlum oldu ki, cəmiyyət beləaksiyalara neqativ münasibət bəsləyir. Onlarçün bu, milli mentalitetinpozulması və insanlara sayğısızlıqdır.


Aksiyanıkeçirənlər isə bununla bağlı bir videorolik yerləşdirdilər. Məlum olubki, onlar həqiqətən də istəklərinə nail olublar. Amma metroda yox,şəhərin mərkəzində. Eləcə də şalvarlarını soyunub şortiklə gəziblər.Açığı, nə qədər axtarış etsək də, bu aksiyanın məramı, məqsədi ilə bağlıhər hansı məlumat tapa bilmədik. 

 “Yeni Müsavat” bu aksiyadan çıxış edib, dünyadakı ən ilgincetiraz aksiyaları barədə araşdırma aparıb. Dünyanın ənçılğın insanları öz etirazlarını necə gerçəkləşdiriblər? Hər şeydənönəmlisi nəyə etiraz ediblər? 

6 qadın ən hündür binaya dırmaşıb 

BaşlayaqBöyük Britaniyadan. Bu ölkədə 6 qadın Arktikada neft quyularınınqazılması planlarına etiraz olaraq Qərbi Avropanın ən hündür binasınadırmaşıblar. Bu proses 8 saat davam edib və onlayn translyasiya edilib.Səkkiz saat ərzində etiraz liderləri Londonda yerləşən “Shard” binasınınüçdə iki hissəsinə qədər çıxıblar. Londondakı binanın hündürlüyü 310metrdən çoxdur. Etirazçılar ekoloji təzyiq qrupu “Greenpeace”dəndirlər.Qrup deyib ki, məhz bu 72-mərtəbəlik binanı, Alyaska və Arktik Rusiyadaneft axtarışında aparıcı olan “Shell” neft şirkətinin bütün ofislərindəngöründüyünə görə seçiblər. Aksiya zamanı binanın 68, 69 və 72-cimərtəbələrindəki baxış meydanı bağlı olub. Bu bina turistlərin ən çoxgəldiyi yerdir. Oradan Londonu seyr etmək mümkündür. Aksiyadan sonraqadınlar həbs olunub.

Etiraz üçün bayraq yuyublar 

Perulularisə heç gözlənilməyəni ediblər. Nazir Alberto Fujimorinin 2000-ci ildəseçki kampaniyalarına etiraz etmək istəyən perulular bir araya gəlib,Peru bayrağını yuyublar. Perulular bu etirazla demək istəyiblər ki, buaksiya ilə ölkəni də Fujimorinin pis siyasətindən təmizləyə bilərlər. 

Sevgililər gününü keçirənləri döydülər 

Hindistanəsilli Hard-Liners adlı topluluq Yeni Dehlidə bir yolu bağlayıb.Sevgililər Günü əleyhinə şüarlar səsləndirən aksiya iştirakçılarıSevgililər Günündə görüşən cütlükləri döyməklə təhdid ediblər. 

İngiltərədəsuper qəhrəman kostyumları geyinmiş bir neçə boşanmış adamın etirazı damaraqlıdır. Onlar Ailə Məhkəməsinin atalarla bağlı verdikləri qərarlaraetiraz əlaməti olaraq evlərinin damına çıxıblar. Özlərini “ədalətataları” adlandıran bu qrupdan olan bir ata hakimin onun barəsində“oğlunu 3 il görməmə” qərarına etirazına sərt reaksiya verib. 

Dərsə bədənini skoçlayaraq gəldi 

Amerikanınştatlarından birində 8-ci sinif şagirdi olan Patrik Abbazia dərslərəbədənini skoçlayaraq qatılıb. O bildirib ki, bunu etməsinə səbəbməktəbin “bir-birinə toxunma” prinsipinə etiraz etməkdir. Məktəbrəhbərliyi bu prinsiplə daha sağlam bir təhsil mühiti üçün şagirdlərinbir-birinə fiziki təmas etməsini yasaqlamışdı. 

Qadınların soyunmasına etiraz aksiyası...
 
Bugünə qədər dünyada heyvan haqlarını müdafiə etmək üçün çılpaqqadınlarla aksiya keçirən PETA adlı təşkilata da etiraz edən tapıldı.“Qadınlar daha yaxşısına layiqdir” adlı təşkilat rəsmiləri açıqladılarki, PETA müdafiəsiz və bəsit düşünən qadınları istismar edir və bununqarşısı alınmalıdır. 

Özünü mağazanın tavanından asdı...

AlisaNevstid adlı qadın bədənini tamamən gümüş rənginə boyayıb mümkün olduğuqədər köpək balığı kimi görünməyə çalışıb. Ondan sonra isə özünüParisdəki bir mağazanın tavanından asıb. O, bununla nəsli tükənməkdəolan köpək balıqlarının ovlanmasına etiraz etmək istəyirdi. BeynəlxalqHeyvan Haqları Dərnəyinin açıqlamalarına görə, hər il 100 milyona yaxınköpək balığı idman və ya ticarət üçün ovlanır. 

Brüsseldəkifermerlər düşən süd qiymətlərinə etiraz məqsədilə aksiya keçiriblər.Aksiya zamanı onlar inək sağaraq həmin südü polislərin üzünəfışqırdıblar. 2500 nəfərdən artıq avropalı aksiya ilə paralel olaraqyanıltmac söyləyib. Amma bu aksiya təhlükəli yox, əyləncəli idi. 

Millət vəkili kəfən geyinib yolda uzandı

TürkiyədəCümhuriyyətçi Xalq Partiyasından (CHP) olan millət vəkili qeyri-adietiraz aksiyası keçirib. Bir neçə aksiyaçı ilə birlikdə kəfən geyinənEnsar Öğüt Ərzurum - Artvin magistral yolunun 62-ci kilometrliyindəkiyoxuşda yolun ortasında uzanıb. Aksiyaya səbəb həmin yoldakı yoxuşda son2 ildə 26 nəfərin ölməsi və 200-ə yaxın insanın yaralanması ilənəticələnən avtomobil qəzalarıdır. 

Millətvəkili 90 dərəcəlik bu yoxuşda xüsusilə ağır tonnajlı maşınlarınəyləclərinin nasazlandığını, bunun nəticəsində isə qəzalar meydanagəldiyini deyib. Öğüt həmçinin yoxuşla əlaqədar nəqliyyat naziri BinaliYıldırım barəsində Türkiyə Böyük Millət Məclisinə (TBMM) deputat sorğusugöndərdiyini, lakin heç bir nəticə əldə edilmədiyini vurğulayıb. 
Şanlıurfa’nınCeylanpınar mahalında sərhədi aşan güllə və şarapnel parçalarını etirazetmək üçün Ceylanpınarlı qeyri-hökumət təşkilatları, kəfənlə hərəkətedib. Ağızlarını bantlayan aktivistlər, tabutun önünə kəfəngeyindirdikləri 3 adamı uzadaraq kəfənin üstünə son 10 gündə ölən 3adamın adını yazıb. 

Ağ Evin qarşısında daqəribə aksiya keçirilib. Etirazçı amerikalılar insan qətllərinəetirazlarını bildirmək üçün Ağ Evin qarşısına 1 milyon süni insan sümüyüdüzüblər.

Döş xərçəngi üçün soyundular 

KanadanınMontreal şəhərindəki McGill Uiversitetinin tələbələri qəribə xeyriyyəaksiyasına imza atıblar. Türkiyə KİV-ə istinadən alınan xəbərə görə,tələbələr döş xərçəngi araşdırmalarına pul toplamaq üçün soyunublar.Havanın soyuq olmasına baxmayaraq, tələbələr çimərlik geyimindəuniversitetin önündə yoldan keçənlərdən pul toplayıblar.
Tələbələrdeyiblər ki, universitetdəki müəllimlərdən birinin köməkçisi döşxərçəngindən vəfat edib. Bu hadisədən sonra onlar belə bir aksiyakeçirmək qərarına gəliblər. Hava soyuq olsa da, onlar bu xeyriyyəaksiyasını təxirə salmayıblar. Polislər də aksiya səbəbindən yaranantıxac problemlərini həll etməklə tələbələrə yardımçı olublar. Tələbələronlara göstərilən bu diqqətdən məmnun olublar. 

McGill Universiteti dünyanın ən yaxşı 20 universitetindən biridir. 

Aparıcılar ağızlarını skoçlayıb canlı yayıma çıxdılar 

Türkiyədəkitelekanallardan biri qeyri-adi etiraz aksiyasına səhnə olub. Məlumatagörə, “Kanaltürk”də nümayiş olunan “Teleqol” verilişinin aparıcılarıPeşəkar Futbol İntizam Komissiyasının (PFDK) “danışılmış oyun” (şike)qərarına etiraz etmək üçün efirdə ağızlarına qara lent yapışdırıblar.Qeyd edək ki, aparıcılar Erman Toroğlu, Ziya Şengül və Gökmen Özdenakintizam komissiyasına göndərilən 16 klubdan hamısının bəraət etməsinəetiraz edərək veriliş boyu danışmayıblar. 

Ukraynada belə aksiyalarda heç kimdən geri qalmır. 2009-cu ildə Ukraynanınpaytaxtı Kiyevə gələn Şaxtyorski mədəninin işçiləri baş nazirliyinbinası önündə etiraz aksiyası keçiriblər. Başlarındakı dəbilqələribinaya çırpmaqla səslərini baş nazir Yuliya Timoşenkoya eşitdirməkistəyən mədənçilərin tələbi isə çıxardıqları kömürün dövlət tərəfindənalınmasıdır.

Yollar təmir olunmasa, ərim deyilsən....

Kolumbiyadakıkiçik şəhərlərdən birində yaşayan qadınlar qəribə etiraz aksiyasınabaşlayıblar. Onlar şəhərdəki yolların tam təmir olunmasını tələbedirlər. Qadınlar bildiriblər ki, yollar normal vəziyyətə salınmayınca,ərlərini və sevgililərini yanlarına buraxmayacaqlar.

“Ayaqlarınçarpazlaşdırılması” adlandıran aksiyaya qatılan qadınlar küçələrəçıxaraq mitinq keçirir və bu zaman ayaqlarını çarpazlaşdıraraq dururlar.Onlar kiçik şəhərdəki yolların tam təmir olunmasını tələb edirlər. Yoltəmir olunmayınca qadınlar ər və sevgililərini yataqlarınaburaxmayacaqlarını deyirlər.

Evlənmək istəyən kişi aksiya keçirərsə...

TürkiyəninMersin bölgəsində yaşayan Natif Ərdoğmuş adlı kişi qəribə aksiyakeçirib. 39 yaşlı kişi evlənə bilmədiyi üçün etiraz aksiyası təşkiledib. O, böyük bir kağıza həm türkcə, həm də ingiliscə evlənməkistədiyini yazıb və telefon nömrəsini qeyd edib. “I want to marry. Myname is Natif Erdogmush” yazdığı kağızla Mersindən Əskişəhərə qədəryürüş edib. O, geyindiyi köynəyə də “Subaylıqdan bezmişəm. Bəsdir daha.Evlənmək istəyirəm” sözlərini yazıb. N.Ərdoğdu əlindəki yazılarlabirlikdə baş nazir Rəcəb Tayyib Ərdoğanın yanına gedəcəyini və onuevləndirməyini istəyəcəyini deyib.

Heyvanların hüquqlarının müdafiəsinə qalxan bir qrup fəal İspaniyanın paytaxtı Madriddə etiraz aksiyası keçirib.

Nümayişçilər çılpaq şəkildə paytaxtın mərkəzi küçələrində üzərilərinə süni qan vuraraq yerə uzanıblar.

Etirazaksiyasının iştirakçıları arasında gənc qız və oğlanlar olub. Onlar buyolla dünyada heyvanların öldürülməsinə etirazlarını bildirməyəçalışıblar.

Onlar həmçinin müasir geyim istehsalında heyvanların xəzlərindən istifadə olunmasına son qoymağı da tələb ediblər.

Sonda...Gördüyünüz kimi, dünya insanı da ilginc etiraz üsullarına baş vurur,heç ağlımıza gəlməyən üsullarla öz səsini duyurmağa çalışır. Amma ortadaməqsədlər olur çox vaxt. Həm də yetərincə ciddi məqsəd. Biri döşxərçənginin müalicəsi üçün pul toplamaq məqsədilə soyunur, o biri atakimi pozulan hüquqlarının bərpasına görə etiraz səsini qaldırır. Odurki, aksiya yaxşıdır, amma ortada məqsəd ola. Üstəlik, hansı ölkədəyaşadığının və xalqının mentalitetini biləsən...//musavat.com