Texnologiya 12:35 26.06.2018

Dünyanın ən kiçik kompüteri: 0,3 mm

Miçiqan Universitetindən olan tədqiqatçılar 0,3 mm ölçüyə sahib kompüter hazırlayıblar.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı danışan tədqiqatçı Deyvid Blou cihazın bildiyimiz kompüterin bütün funksiyaları yerinə yetirə bilmədiyini deyib. "Micro Mote" adlanan cihazda informasiya saxlamaq mümkün deyil və elektrik axını dayanan zaman bütün əməliyyatlar silinir. Mini kompüterlə informasiya ötürmək, temperaturu ölçmək mümkündür.

Gələcəkdə "Micro Mote"un daha da təkmilləşdirilməsi, səs və video funksiyalarının əlavə edilməsi, xərçəng xəstəliyi ilə əlaqədar tədqiqatlarda istifadəsi planlaşdırılır.

Gülşən