Dünya 14:08 27.05.2013

Dünyanın ən məşhur cütlükləri - SİYAHI

"Forbes" jurnalı hər il hazırladığı dünyanın ən məşhur cütlüklərinin siyahısını açıqlayıb. 

Qaynar.info-nun məlumatına görə, builki siyahıya Barak və Mişel Obama cütlüyü başçılıq edir. Jurnal ABŞ-ın birinci xanımının ərindən daha populyar olduğunu bildirib. 

Obama cütlüyünü Bill və Melinda Qeyts təqib edir. Bundan başqa siyahıya daxil olanlar arasında Jay-Z və Beyons, Bred Pitt və Ancelina Coli, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və Hillari Klinton cütlüyü, futbolçu Jerar Pike və müğənni Şakira, kraliça II Yelizaveta və şahzadə Filip və digər məşhur cütlüklər yer alır. 

Qaynar.info