Dünya 11:30 02.07.2013

Dünyanın ən məşhur sirkində FACİƏ

Dünyanın ən məşhur sirklərindən olan "Cirque du Soleil"in akrobatlarından olan Sara Qoyard Gillot ABŞ-ın Las Veqas şəhərindəki sirk zamanı 15 metrlikdən yıxılaraq ölüb. 

Qaynar.info-nun məlumatına görə, Las Veqasdakı "MGM" Mərkəzində göstərilən nömrə zamanı 31 yaşlı akrobat belinə bağlandığı kəmərin qəfildən açılması nəticəsində yıxılıb. 

Tamaşaçılar Gillotun yerə yıxılmasını əvvəlcə nömrənin bir hissəsi kimi başa düşüblər. Lakin digər aktobatların qışqıraraq səhnəyə çıxmalarından sonra onun həqiqətən yıxıldığı məlum olub. 

"Cirque du Soleil"in rəhbəri Gay Laliberte sirkin 30 illik fəaliyyətində ilk dəfə belə bir hadisənin baş verdiyini deyib. 

Qaynar.info