Dünya 17:57 20.04.2018

Dünyanın ən nüfuzlu şəxslərinin siyahısı

"Time” jurnalı dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, siyasi liderlərin siyahısının 1-ci pilləsində ABŞ prezidenti Donald Tramp qərarlaşıb.

Siyahının növbəti pillələrində Britaniya şahzadəsi Harri və onun həyat yoldaş Meqan Markl, Londonun meri Sadik Xan, Şimali Koreyanın lideri Kim Çen In, Zimbabvenin yeni prezidenti Emmerson Mnanqaqva, İraqın baş naziri Heydər əl-İbadi, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd ibn Salman yer alıb.

İncəsənət xadimlərinin siyahısında isə aktrisa Nikol Kidman, rejissor Qilermo del Toro, Qal Qadot, Milli Bobbi Braun, aktyor Xyu Cekman və teleaparıcı Cimmi Kimmeli qərarlaşıb.

Bundan əlavə, "Tesla and SpaceX” qurucusu İlon Mask, teleaparıcı Opra Uinfri, "Amazon”un təsisçisi Ceff Bezos da dünyanın nüfuzlu şəxslərinin siyahısına düşüb.