Ekonomiks 13:09 13.09.2013

Dünyanın ən qalmaqallı serveri satıldı

Yaydığı məlumatlarla bütün dünyanı şoka salan qalmaqallı "Wikileaks" serveri satılıb.

Qaynar.info xəbər verir ki, satış ABŞ-da eBay internet aukisionu vasitəsilə  həyata keçirilib.

33 min dollara satılan qalmaqallı serverin alıcısı isə məlum deyil.

Qeyd edək ki, "Wikileaks" saytı amerikalı diplomatlara aid 1.7 milyona yaxın sənədləri yayaraq qalmaqala səbəb olmuşdu.   

Qaynar.info