Xəbər lenti

Dünyanın ən qapalı ölkəsindən diktatoru qəzəbləndirəcək FOTOLAR
Foto 09:00 08.01.2018

Dünyanın ən qapalı ölkəsindən diktatoru qəzəbləndirəcək FOTOLAR

Fransız fotoqraf Erik Lafforgue qapalı olduğu üçün çox məlumatların bəlli olmadığı Şimali Koreyada gündəlik həyatı görüntüləyə bilən azsaylı insanlardan biridir.
 
Qaynarinfo xəbər verir ki, Şimali Koreyada çəkdiyi fotoları sosial mediada paylaşan fotoqraf dünyanın ən qapalı ölkəsindəki həyatla bağlı müəyyən təsəvvürlər yaradıb.

1964-cü ildə dünyaya gələn Erik Lafforgue dünyanın bir çox yerində çəkiliş aparıb. Xüsusən zamanının çoxunu Afrikada keçirən fotoqrafın çəkdiyi şəkillər "The National Geographic", "Geo", "The CNN Traveller", BBC, "The Blue Planet" kimi məşhur dərgilərdə dərc olunur.

1910-1945-ci illərdə davam edən Yaponiya işğalı II Dünya müharibəsindən sonra başa çatıb. Bundan sonra isə Koreya yarımadası SSRİ və ABŞ silahlı qüvvələrinin poliqonuna çevirilib. Nəticədə yarımadanın Şimalı komunizm, Cənubunun kaptalizm cərayanını mənimsəyib. Korfəz müharibəsindən sonra isə yarımada iki hissəyə bölünüb.

Koreya Xal Demokratik Respublikası 1948-ci ildə diktaturanın hökm sürdüyü sosialist hökumət qurub. 1994-cü ildə Şimali Koreyanın ilk lideri Kim İl Sunqun ölümündən sonra ölkəyə onun oğlu Kim Yonq-il rəhbərlik etməyə başlayıb. 17

17 dekabr 2011-ci ildə vəfat edən 70 yaşlı Kim Yonq-il ölümündən əvvəl xalqı oğlu və varisi Kim Yonq-un ətrafında birləşməyə çağırıb.

Şimali Koreyada digər komunist ölkələrə nisbətən daha qapalı rejim hökm sürür. Ölkənin cənubunda Cənubi Koreya, şimalında Çin və Rusiya, şərqində Yapon dənizi yerləşir.

Şimali Koreyada insan haqqlarının vəziyyətini dəyərləndirmək ölkə qapalı olduğu üçün mümkün deyil. Lakin ölkədə avtoritar rejimin hökm sürdüyünü nəzərə alsaq, vəziyyətin nə yerdə olduğunu təsəvvür etmək çətin olmaz.

Hökumət əcnəbilərin ölkəyə girişinə müəyyən qadağalar tətbiq edir. Buna baxmayaraq, Şimali Koreya hər il 1500-ü Qərb ölkələrindən olmaqla 300 min turist qəbul edir. Turistlərin əksəriyyəti Kumqanqsan dağlarını ziyarət edir və çox az qismi paytaxt Pyonqyanqa baş çəkir.

Strateji baxımdan önəmli olan Şimali Koreyada əcnəbilərə yalnız müəyyən bölgələrdə baş çəkmək icazəsi verilir.

Ölkə hökumətinin açıqlamalarına görə insan haqqlarının pozulmasına yol verilmir və sosialist sistem səbəbi ilə insanlar azad şəkildə seçim edib, maddi və mənəvi ehtiyaclarını ödəyirlər.

Şimali Koreyada internet qadağası var. İnternetdən ancaq elit təbəqə və elm adamları yararlana bilir. Əvəzində "Kwangmyong" adlı qorunan və hökumət tərəfindən izlənilən bir şəbəkə vasitəsi ilə icazə verilən saytlara giriş mümkündür. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->