Dünya 15:25 17.07.2018

Dünyanın ən qədim çörəyi tapıldı

İordaniyada dünyanın ən qədim çörəyinin qalıqları tapılıb.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, tapıntı Qara Səhranın arxeoloji ərazisində aşkar edilib və Natufian mədəniyyəti nümayəndələri tərəfindən bişirilib. Çörəyin yaşı 14500 ildir. 

Daha əvvəl Türkiyədə tapılan və 9100 il yaşa sahib qalıqlar dünyanın ən qədim çörəyi hesab edilirdi. 

Gülşən