Dünya 09:13 13.10.2017

Dünyanın ən qısa ömürlü dövlətləri: 6 saat, 9 saat... (FOTOLAR)

Kataloniyanın müstəqilliyinin müzakirə edildiyi bu günlər ağıllara daha öncə baş vermiş bənzər olayları gətirdi. Tarixdə indiyədək bir çox dövlət qurulub. Amma onlardan bəzilərinin ömrü çox qısa olub. Hətta 6 saat yaşayan bir dövlət var. "Qaynarinfo" dünyanın ən qısa ömürlü 12 ölkəsini təqdim edir.

Demokratik Federal Rusiya Respublikası


19 yanvar 1918-ci ildə qurulub. Ömrü sadəcə 6 saat olub. 19 Ocak 1918'de kuruldu. Omru sadece 6 saat surdu. Rusiya Sovet Federativ Sosialist Respublikasının yerində qurulmuşdu. 6 saatlıq dövlətin yerində Sovet İttifaqı qurulub.

Kataloniya dövləti


6 oktyabr 1934-cü ildə elan edilib, ömrü 9 saat sürüb. İkinci İspaniya Respublikasından ayrılaraq müstəqillik elan edib, lakin 9 saat sonra yenidən bu ölkənin bir parçası olub.

Əmirliklər


Əbu Dabi Əmirliyi, Dubay Əmirliyi, Şarja Əmirliyi, Umm al-Quvain Əmirliyi, Fucayrah Əmirliyi və Ayman Əmirliyi... 1 dekabr 1971-ci ildə qurulublar, səhəri günü süqut edərək Birləşmir Ərəb Əmirliklərinin bir parçası olublar.

Benin Respublikası


19 sentyabr 1967-ci ildə qurulub, səhəri gün ömrü başa çatıb. Biafradan ayrılmışdı, Nigeriyaya qoşulub. 

Qeyd edək ki, Biarfa 1967-ci ildə Nigeriyadan ayrılaraq müstəqilliyini elan edib. Bundan sonra başlayan və 3 il davam edən Biarfa müharibəsi nəticəsində 1970-ci ildə ləğv edilərək yenidən Nigeriyaya birləşib.

Karpat Ukraynası


15 mart 1939-ck ildə qurulub, bir gün sonra süqut edib. Çexslovakiyadan ayrılıb, Macarıstan Krallığına birləşib. 

Krım Respublikası


5 may 1992-ci ildə Ukraynadan ayrılaraq müstəqilliyini elan edib, bir gün sonra yenidən Ukraynanın bir parçası olub.

Krım Respublikası 2


17 mart 2014-cu ildə Ukraynadan ayrılaraq müstəqilliyini elan edib. Lakin bir gün sonra Rusiyaya birləşdiyini açıqlayıb.

Qalitsiya Respublikası


27 iyun 1931-ci ildə İspaniya Krallığından ayrılaraq müstəqilliyini elan edib. Ertəsi gün İkinci İspaniya dövlətinə qoşulub.

Porto Riko Respublikası


23 sentyabr 1968-cı ildə İspaniya Krallığından ayrılaraq müstəqilliyini elan edib. Ancaq bir gün sonra yenidən İspaniya Krallığının bir parçası olub.

Farer adaları


18 sentyabr 1946-cı ildə Danimarka Krallığından ayrılaraq müstəqil olub. Lakin iki gün sonra yenidən krallığa qoşulub.

Mindanao Federal Respublikası


4 oktyabr 1990-cı ildə Filippindən ayrılıb. İki gün sonra yenidən Filippinin təsiri altına düşüb.

Ploieşti Respublikası


8 avqustda 1870-ci ildə Rumıniya Krallığından ayrılaraq müstəqillik elan edib. 2 gün sonra yenidən krallığa birləşib.

Aydın

Qaynarinfo.Az