İdman 14:22 16.05.2013

Dünyanın ən seksual jurnalisti Ronaldodan müsahibə alacaq

Dünyanın ən seksual qadın jurnalisti hesab olunan 35 yaşlı meksikalı jurnalist İnes Sayns mayın 15-də "Barselona"nın ulduzu Lionel Messidən müsahibə alıb. 

Qaynar.info-nun məlumatına görə, jurnalist müsahibəni məhz "Barselona"nın çempionluğunu rəsmiləşdirəndən bir gün sonra götürüb. 

İnes Sayns Messidən sonra "Real"ın portuqaliyalı ulduzu Kristiano Ronaldodan da müsahibə almaq niyyətindədir. 

Qeyd edək ki, İnes Sayns jurnalistliklə bərabər həm də hüquqşünasdır. Meksikalı maqnat Hektor Rohano ilə evli olan 3 uşaq anası Sayns taekvando üzrə qara kəmər ustasıdır. 

Qaynar.info