Dünya 13:30 09.05.2013

Dünyanın ən seksual naziri (FOTOLAR)

Aleksandra Benites Romero Venesuallanın İdman naziri təyin olunub

Venesuallanın tanınmış qılıncoynadanı Aleksandra Benites Romero dünyanın ən seksual naziri hesab olunur. Az öncə onu Venesuallanın yeni prezidenti Nikolas Maduro ölkənin idman naziri postuna təyin edib.

32 yaşlı idmançı Cənubi Amerikada bir sıra yarışların qalibi olub. İdmançı 3 dəfə Olimpiada (2004, 2008, 2012 -ci illərdə) iştirakçısı olub. 1999-cu ildən Uqo Çavesin siyasi xəttini davam etdirib.

Uqo Çavesin seçkiqabağı reklam çarxına çəkilən idmançı açıq-saçıq şəkilləri ilə həmişə gündəmdə olub.

Qaynar.info