Dünya 12:05 14.11.2018

Dünyanın ən təhlükəli narkobaronunun məhkəməsi başladı

Dünyanın ən nəhəng narkotik şəbəkəsinin rəhbəri olmaqda ittiham edilən "El Chapo" ləqəbli Coakin Quzman Nyu Yorkda ilk dəfə hakim qarşısına çıxarılıb.

Qaynarinfo xəbər verir ki, 61 yaşlı meksikalı narkobaron 22 ay idi məhkəmə prosesini gözləyirdi. Ona 17 fərqli ittiham irəli sürülür və ömürlük həbsi, 14 milyard pul cəzası təklif edilir. Quzmanın rəhbərlik etdiyi qrup 1989-2004-cü illərdə 200 ton kokaini ABŞ-a gətirib, həmçinin yüzlərlə qətl, sui-qəsd törədib, adam qaçırılması təşkil edib.

Coakin Quzman 2001 və 2015-ci illərdə Meksikada həbsxanadan qaçıb, 2016-cı ildə isə ABŞ-da həbs edilib.

Gülşən