Video 15:01 21.07.2018

Dünyanın ən tənha insanı (VİDEO)

Amazonda dünya ilə əlaqəsi olmayan qəbilənin son nümayəndəsinin videosu çəkilib.

Qaynarinfo EuroNews-a istinadən xəbər verir ki, Braziliyanın Rondanio əyalətində yaşayan kişi artıq 22 ildir tənha həyat sürür. Braziliyanın "Funai" dövlət təşkilatı həmin şəxsi 22 ildir ünsiyyət qurmadan müşahidə edir və bəzi qida, əşyalarla təmin edir. O, qarğıdalı, kartof, şirin kartof, banan, papaya və ovçuluqdan əldə etdiyi ətlə qidalanır. 

Yerli qəbilə 1980-ci illərdən etibarən fermerlərin hücumuna məruz qalıb. Sonuncu dəfə 1995-ci ildə edilən hücum nəticəsində qəbilənin üzvləri öldürülüb və yalnız 1 nəfər sağ qalıb. 

"Funai" bildirir ki, Amazonda müasir dünya ilə heç bir əlaqəsi olmayan azı 100 qəbilə mövcuddur.

Gülşən