Dünya 10:32 09.10.2018

Dünyanın ən uzun müddətli təyyarə səfəri həyata keçiriləcək

Oktyabrın 11-i dünyanın ən uzun müddətli təyyarə səfəri baş tutacaq.

Qaynarinfo Gizmodo-ya istinadən xəbər verir ki, uçuş Sinqapur Hava Yolları tərəfindən həftədə 3 dəfə olmaqla "Airbus A350-900 ULR" vasitəsilə ABŞ-ın Nyu Cersi ştatına həyata keçiriləcək və uçuş müddət 19 saat olacaq. "A350-900 ULR" 11,160 mil məsafəni qət edə biləcək potensiala sahibdir.

Qeyd edək ki, daha əvvəl Avstraliyadan Londona həyata keçirilən 17,5 saatlıq uçuş dünyanın ən uzun müddətli təyyarə səfəri kimi tarixə düşmüşdü.

Gülşən