Foto 17:04 21.01.2018

Dünyanın ən varlı adamının qızı (FOTOLAR)

Dünyanın ən varlı şəxslərindən olan Bill Qeyts hər zaman sadə həyat tərzi ilə diqqəti çəkib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Qeytsin qızı Cennifer Qeyts son dövrlər "Instagram"dakı fəaliyyəti ilə diqqəti cəlb edir. Stanford Universitetində oxuyan Cennifer atçılıq idman növü məşğuldur və ABŞ Atçılıq Federasiyasının siyahısında 19-cu yerdə qərarlaşıb. O,"Instagram"da tez-tez küveytli sevgilisi Nayel Nassar ilə fotosunu paylaşır. Tez-tez tətilə gedən cütlük universitetdə tanış olublar. Küveytdə doğulub-böyüyən 26 yaşlı Nassar əslən Misirdəndir. Cenniferin biznesmen sevgilisi özü kimi atçılıqla məşğuldur. 

Qeyd edək ki, Bill Qeyts ötən illərdə övladlarına sosial şəbəkələrdən uzaq yaşamağı məsləhət görən milyarder kimi gündəm olmuşdu.

Gülşən