Dünya 11:55 12.11.2013

Dünyanın ən varlı adamları - SİYAHI

Tanınmış "Bloomberg Markets” jurnalı dünyanın ən varlı insanlarının yeni siyahısını hazırlayıb.

Qaynar.info
axşam.az-a istinadən xəbər verir ki, cədvələ "Microsoft”un yaradıcısı Bill Qeyts başçılıq edir. O, ötən illə müqayisədə varidatını 10 mlrd dollar artıraraq 72.9 milyarda çatdırıb.

Keçən il birinci olan meksikalı maqnat Karlos Slim isə 65.5 milyard dollarla 2-ci yerdə qərarlaşıb. "Zara”, "Massimo Dutti”, "Bershka”, "Pull and Bear”, "Stradivarius” kimi məşhur brendlərin sahibi Amansio Orteqa 61.9 milyardlıq sərvəti ilə onları izləyir. 83 yaşlı amerikalı biznesmen Uorren Baffet 58.2 milyardla 4-cüdür. 87 yaşlı isveçli, İKEA-nın sahibi İnqvar Kamprad 50.3 milyard dollarla ilk "beşliy”i qapayır.

Dünyanın ən böyük axtarış sistemi "Google”nin yaradıcıları Larri Peyc və Sergey Brin cədvəldə 23-24-cü yerləri bölüşdürür. "Facebook”un sahibi Mark Zükerberq isə 24.5 milyard dollarlıq varidatla 25-ci yerdədir.

Qaynar.info