Ölkə 14:51 30.11.2018

Dünyanın ən xoşbəxt ölkələri: Azərbaycan neçəncidir? (SİYAHI)

Birləşmiş Millətlər Təşkilatı 2018-ci il üçün dünya ölkələrinin xoşbəxtlik indeksini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, hesabat hazırlanarkən, ölkədə adambaşına düşən ÜDM, sosial dəstək, sağlam həyat tərzi, yaşayış yeri seçmək azadlığı, səxavətlilik və korrupsiya kimi amillər nəzərə alınıb.
 
Beləliklə bu il dünyanın ən xoşbəxt ölkəsi Finlandiya seçilib. 156 ölkəni əhatə edən siyahıda Azərbaycan 87-ci sırada qərarlaşıb. Ötən ilin reytinqində isə ölkəmiz 85-ci yerdə idi.

Ermənistan 129, Türkiyə 74, Rusiya 59, Gürcüstan 128, İran isə 106-cı sıradadır.

İlk beşlik:
1. Finlandiya
2. Norveç
3. Danimarka
4. İslandiya
5. İsveçrə

Son beşlik:
1. Yəmən
2. Tanzaniya
3. Cənubi Sudan
4. Mərkəzi Afrika Respublikası
5. Burundi
 
 
Çingiz Səfərli
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!