İdman 14:57 17.06.2013

Dünyanın ən yaxşı 20 baş məşqçisi - SİYAHI

Amerikanın məşhur idman portallarından olan "Bleacher Report" internet saytı müasir futbolda dünyanın ən yaxşı 20 baş məşqçisinin adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, siyahıda bir türk məşqçinin də adına rast gəlinir.

"Qalatasaray" və Türkiyə millisindəki uğurları ilə tanınan Fatih Terim siyahıda 15-ci olub. Cari mövsüm "Bavariya" ilə 3 titul qazanan Yupp Haynkes bütün rəqiblərini qabaqlayıb. "Real" (Madrid) klubunun sabiq baş məşqçisi Joze Mourinyo ikinci, İspaniya millisinin çalışdırıcısı Visente del Boske isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Barselona"dakı uğurları ilə məşhur olan Pep Qvardiola 4-cü yerlə kifayətlənib.

1. Yupp Haynkes

2. Joze Mourinyo

3. Visente del Boske

4. Pep Qvardiola

5. Otmar Hitsfeld

6. Lui van Qaal

7. Marselo Lippi

8. Rafael Benitez

9. Karlo Ançelotti

10. Arsen Venger

11. Quus Hiddink

12. Luis Felipe Skolari

13. Yurgen Klopp

14. Manuel Pelleqrini

15. Fatih Terim

16. Mirça Luçesku

17. Antonio Konte

18. Marselo Bielsa

19. Andre Villaş Boaş

20. Luçano Spaletti

Qaynar.info