Dünyanın ən yaxşı muzeylərinin siyahısı dərc olunub.
Qaynarinfo xəbər verir ki, siyahını turistlər arasında populyar olan "TripAdvisor” saytı istifadəçilər arasında keçirdiyi sorğuya əsasən hazırlayıb.
Siyahıya 1850-1910-cu illərdə Avropanın rəsm və heykəltəraşlıq üzrə ən böyük külliyyatının toplandığı Parisin Orse təsviri sənət muzeyi başçılıq edir.
İkinci pillədə Nyu-Yorkdakı 11 sentyabr Milli Memorial muzeyi tutur. Bu, 2001-ci ildə hücuma məruz qalan Dünya Ticarət Mərkəzinin qüllələrinin yerində tikilən kompleksdir.
İlk "üçlüy"ü Metropoliten-muzey qapayır. 25 muzeyinin yer aldığı siyahıya Sankt-Peterburqdakı Dövlət Ermitajı da daxil olub.
Şərhlər