İdman 12:40 21.01.2014

Dünyanın ən yaxşısı məlum oldu - SİYAHI

Dünyanın ən yaxşı qadın pleymeykerləri müəyyənləşib. 

Fanat.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) keçirdiyi sorğunun nəticələri açıqlanıb.

İlk dəfə keçirilən səsvermənin qalibi Almaniya yığmasının üzvü Lena Qosslinq olub. “Volfsburq”un oyun qurucusu 94 səs toplayıb. Fransa millisi və Lion "Olimpik"inin yarımmüdafiəçisi Kamilla Abili 70 xalla ikinci olub. İlk üçlüyü Almaniya yığmasının və "Frankfurt"un üzvü Cenifer Marozsan qapayıb - 48 xal.

1. Lena Qosslinq (Vofsburq, Almaniya) - 94

2. Kamilla Abili (Olimpik, Fransa) - 70

3. Cenifer Marozsan (Frankfurt, Almaniya) - 48

4. Luiza Necib (Olimpik, Fransa) - 41

5. Lara Dmckenmann (Olimpik, İsveçrə) - 39

6. Aleks Skott (Arsenal, İngiltərə) - 32

7. Patrisia Paniçko (Torres Kalsio, İtaliya) - 19

8. Kristine Sinklair (Torns de Portland, Kanada) - 17

9. İnvild Stensland (Stabaek, Norveç) - 15

Qaynar.info