Foto 19:54 10.02.2019

Dünyanın ən yeni adasında həyat (FOTOLAR)

Okeaniya ölkəsi Tonqada 4 il əvvəl vulkanik proseslərdən sonra yaranmış ada artıq bitki və quşlara ev sahibliyi edir.

Qaynarinfo xəbər verir ki, paytaxt Nukualofadan 70 km şimal-qərbdə yerləşən ada bir qrup alim tərəfindən ziyarət edilib. Tonqalı geoloq və NASA alimləri tərəfindən reallaşdırılan səfərdə mütəxəssislər müxtəlif quş və bitki növlərinə rast gəlib. Bitki örtüyünün qonşu adalardan gələn quşların nəcisləri vasitəsilə yarandığı təxmin edilir. Dəniz quşları dünyanın ən yeni adasında yuva qurur, çoxalır, həmçinin ətrafdakı vadilərə səfər edirlər. 

Adsız adanın yaranandan 3 il sonra dəniz sularına qərq olması gözlənilirdi, lakin növbəti 30 il ərzində mövcud olması proqnozlaşdırılır. 

Qeyd edək ki, Tonqa 1970-ci ildə müstəqillik əldə edib. Ölkə 176 adadan ibarətdir və 100 min nəfər əhaliyə sahibdir. Ölkəyə rəhbərliyi Kral VI Tupou və baş nazir Akilisi Pohiva edir.

Gülşən