Dünyanın "ən yoxsul zənginləri" Azərbaycanda imiş. 

Qaynarinfo xəbər verir ki, Rusiya statistika idarəsu "Rusiya əhalisinin sosial vəziyyəti və həyat səviyyəsi" adlı buraxılışında dünyanın müxtəlif ölkələrində sosial təbəqələşmə ilə bağlı göstəricilər paylaşıb. Hesabatdan məlum olur ki, dünyada zənginlərin ən yoxsulu Azərbaycandadır.

Belə ki, bizdə əhalinin ən varlı 20%-i iqtisadiyyatda formalaşan bütün gəlirlərin cəmi 27%-nə sahibdir. Amma bu göstərici, məsələn, CAR-da 69, Çilidə 57, Braziliyada 53, Nigeriyada 49, Çində 48, ABŞ-da 47, Türkiyədə 47, Ermənistanda 42, Estoniyada 41, Böyük Britaniyada 40, Almaniyada 38, Qazaxıstanda 38, Finlandiyada 37, İsveçdə 36 faiz təşkil edir.