Sağlamlıq 10:22 24.04.2018

Dünyanın ilk kişi cinsiyyət orqanı transplantasiyası həyata keçirildi

ABŞ-da Merilənddə yerləşən Con Hopkins Xəstəxanasında dünyada ilk kişi cinsiyyət orqanı transplantasiyası həyata keçirilib.

Qaynarinfo The Verge-ə istinadən xəbər verir ki, xəstəxana əməliyyatın mart ayının sonlarında uğurla yekunlaşdırıldığını elan edib. Müharibə iştirakçısı veterana dünyasını dəyişmiş şəxsin penis, xaya və qarın divarı köçürülüb. Bu, dünyadakı 4-cü penis transplantasiyası və cinsiyyət orqanının ilk tam köçürülməsi hesab edilir. 

Xəstənin 6-12 həftə ərzində sağlamlığına qovuşacağı və ifrazat prosesini həyata keçirəcəyi gözlənilir. Lakin normal cinsi həyata qayıtmaq dövrü üçün təxminən 6 ay lazımdır. 

Transplantasiya həyata keçirilən şəxsin adı açıqlanmır.

Gülşən