Dünya 09:50 10.10.2019

Dünyanın klonlaşdırılmış ilk inəyi öldü

Dünyanın klonlaşdırılmış ilk inəyi ölüb.

Qaynarinfo xəbər verir ki, Kaqa adlı inək Yaponiyanın İşikava prefekturasında 21 yaşında təbii səbəblərdən ölüb. Kaqanın ekiz bacısı Noto ötən il həyatını itirmişdi. 

Qeyd edək ki, Noto və Kaqa 1998-ci ildə doğulub. İnəklər Kinday Universitetinin mütəxəssisləri tərəfindən yetkin kök hüceyrələr istifadə edilərək klanlaşdırılmışdı.

Gülşən