Maqazin 16:05 09.06.2015

Dünyanın milyonçu heyvanları - FOTOLAR

Hər il xüsusi təşkilatlar dünyanın ən varlı insanlarının siyahısını hazırlayır. Lakin bu dəfə dünyanın ən varlı 10 heyvanının siyahısı təqdim edilib. Bu siyahıda ən kasıb heyvanın varidatı 897 min dollar, ən varlısınınkı isə 372 milyon dollardır.

Anspress-in məlumatına görə, Tinker adlı pişik onluqda ən "kasıb" heyvandır. Onun cəmi 897 min dolları var. Qara pişik 8 yaşı olarkən sahibəsinə - yaşlı Marqaret Leynə rast gəlib. Marqaretin övladları olmadığına görə, o öləndən sonra bütün var-dövlətini öz pişiyinə vəsiyyət edib. Yaşlı qadın puldan başqa Tinkerə Londonun şimalında böyük bir ev də qoyub. Öz qonşuları Enn və Yevgeni Uitlini isə pişiyin qəyyumu olaraq təyin edib.


5 milyon dolları olan Pontiak iti doqquzuncu yerdədir. Onun sahibəsi isə aktrisa Betti Uaytdır. 93 yaşlı qadın fəal həyat yaşayır və çox vaxt evdə olmur. Buna görə Betti sevimli heyvanının qayğısına qalmaq üçün 5 milyon dollarlıq fond təsis edib. Onun səyahət etdiyi və çəkilişlərdə olduğu vaxtda xüsusi insanlar Pontiakın qayğısına qalır və bir çox insanların arzuladıqları həyat şəraitini itə yaşadırlar.


Bu toyuğun isə 10 milyon dolları var. Onun sahibləri Maylzu və Brioni Blekvellin övladları olmadığına görə onlar bütün varidatlarını bu toyuğa vəsiyyət ediblər.


Trabl adlı itin varisi olduğu 12 milyon dollar isə onun başına bəla olub. Leona Hemsli adlı qadın öləndə Trabla 12 milyon dollar miras qoyub. Ölənin qohumları onun bu qərarından dəhşətə gəliblər və iti məhkəməyə veriblər. Hakim ailəyə haqq qazandırıb və itə yalnız 2 milyon dollar saxlayıb. Düzdür, it ehtiyac içində yaşamasa da, həmin məbləğin böyük hissəsini mühafizəyə xərcləməli olur. Çünki onu dəfələrlə oğurlamağa cəhd ediblər.


İndi 13 milyon dollarlıq sərvəti olan Tommazo varlı italyan maqnatının dul arvadı Mariya Assuntanın himayəsindədir. Pişiyi 4 yaşında küçədən götürən qadın 2011-ci ildə öləndə onu milyonçu edib. Bu sərvətə Roma, Milan və Kalabridəki əmlak da daxildir. Qadın ölməzdən əvvəl vəkillərə təlimat verib ki, pişiyin qayğısına qalan və eyni zamanda sərvəti idarə edən şirkət tutsunlar.


Frenki adlı itlə Ani və Pepe adlı iki pişiyin gizli sahibi dostu Patrikə 14 milyon dollar qoyub. Lakin o, pulu bir şərtlə verib ki, dostu onun heyvanlarına da baxsın. İndi 3 milyonçu - Frenki, Ani və Pepe 10 milyonluq malikanədə yaşayır. Patrik onlara qonşu evdə yaşayır və nəzarət edir ki, heyvanların rahat yaşaması üçün hər cür şərait yaradılsın.


Qara pişik Blekinin sərvəti 25 milyon dollar dəyərindədir. Ona bu pulları qazanmaq o qdəər də çətin olmayıb. Əsas işi milyonçu zahid Ben Riin ağıllı pişiyi olmaq olub. 


Dünyanın ən varlı şimpanzesi Kalanı isə sahibləri təsadüfən səyahət zamanı yaralı halda tapıblar. İndi meymun Patrisiya və Frenk Onil ilə birlikdə yaşayır. Patrisiya Onil üzgüçülük üzrə olimpiya çempionu olan həyat yoldaşının növbəti yarışa getməsindən istifadə edib bütün varidatını Kalanın adına keçirib.


Tobi Rayms adlı itin 92 milyon dolları ona öz sahibindən deyil, atasından miras qalıb.


Ən varlı heyvan olan Günter IV də atasının sayəsində milyonçu olub. O da Tobi kimi atası Günter III-dən qalan 372 milyon dolların varisidir.


Qaynar.info