Dünya 09:00 18.12.2018

Dünyanın qeyri-adi 5 ordusu (FOTOLAR)

Dünyanın bəzi orduları var ki, digərlərindən qeyi-adiliyi ilə fərqlənir. Qaynarinfo dünyanın ən maraqlı 5 ordusunu təqdim edir:

İsrailin qadın ordusu



Qadınların 21 ay məcburi hərbi xidmət keçdiyi İsraildə qadın əsgərlər silahlı toqquşmalara qatılmamaq şərtilə müharibə bölgələrdə xidmət edir, kişi əsgərlərlə eyni qərargahda təlim keçir, eyni şərtlər altında yaşayır, növbə çəkirlər. Amma gözəllikləri və vücudları ilə hər kəsi özlərinə heyran qoyan israilli qadın əsgərlər hərbçidən daha çox, modelə bənzəyirlər. Gözəlliklərini sosial mediada sərgiləməkdən çəkinməyən İsrailin qadın ordusu bu sahədə olduqca məşhurdur.

Acı və işgəncə

 

Tayvan ordusunda əsgərlər üçün nəzərdə tutulan təlim üsulları sərtliyi və qəddarlığı ilə seçilir. 15 metrlik sərt manələrlə qurulmuş təlim səddinə əlavə olaraq ucu sivri daşlar düzülür. Əsgərlər bu maneələri yarçılpaq halda və əllərindən istifadə etmədən keçməlidir.

Orduda yer almaq üçün 9 həftəlik bu çətin təlim müddətindən keçməli olan əsgərlər sonda bir də çoxlarının cəsarəti çatmayan bir sınaqdan keçməlidir. 15 metrlik sərt və sivri qaya parçaları ilə örtülmüş yolda əllərindən istifadə etmədən hərəkət etməli olan əsgərlər bu yolda çox acılar çəkir. Yolun sonunda isə onları orduya qəbul olunmaq kimi sevindirici xəbər gözləyir.

Ruhlar ordusu



Dünyanın gəlmiş-keçmiş ən ilginc ordusu hesab olanan Ruhlar ordusu ABŞ silahlı qüvvələrinin bir parçısı olub. Bu silahlı birləşmə II Dünya Mübarisində iştirak edib. Faşist ordusunu yanıltmaq üçün istifadə edilən Ruhlar ordusu müharibə illərində məxfi saxlanılıb, 2000-ci illərin əvvəllərində isə "Ghost Army" (Ruhlar ordusu) adı ilə tanınmağa başlayıb. 

1100 nəfərdən ibarət olan bu orduda bir əsgər belə olmayıb. Rəssamlardan, memarlardan, aktyorlardan tutmuş səs mütəxəssislərinə qədər bir çox istedadlı və yaradıcı insanın toplaşdığı bu qeyri-adi ordunun müharibənin qazanılmasında böyük payı olub. Amerikanın Fransaya girdiyi gündən müharibənin sonuna qədər Ruhlar ordusu Almaniya ordusunu aldatmaq üçün saxta tanklar, səs maşınları, saxta radio əlaqələr kimi bir çox vasitədən istifadə edib. 

80 nəfərlik ordu



İtaliya sərhədləri daxilində kiçik bir ölkə olan San Marino dünyanın ən kiçik ordusuna sahibdir. Məcburi hərbi xidmətin olmadığı ölkədə 80 könüllü əsgərdən ibarət ordunun əsas vəzifəsi milli mərasimlər, ölkə sərhədlərini gəzmək, hökumət binalarının mühafizəsi, ağır cinayətlərdə cinayətkarları yaxalamaq üçün polisə yardım etmək və ölkəni müdafiə etməkdir. 80 nəfərlik ordu ilə yanaşı San Marinonun 700 nəfərdən ibarət Polis Təşkilatı da var.

Afrika ordusu



Mövzu Afrikadırsa, ordu məsələsində də alışmadığımız qaydalarla rastlaşırıq. Məsələn, orduda əsgərlər hamımızın öyrəşdiyi şəkildə - ənənəvi əsgər yerişinin əksinə olaraq yerli mahnıları oxuyub, rəqs edərək təlim keçirlər. Yerli rəqs fiqurlarını və qəbilə rəqslərini ordu ilə birləşdirən afrikalılar ortaya qeyri-adi görüntülər çıxarır. Bundan başqa təlimlər zamanı silahdan atəş açmayan afrikalı əsgərlər ağızları ilə müxtəlif partlayış və atəş səsləri çıxarırlar. Bunun səbəbi isə orduda kifayət qədər hərbi ləazimatın olmamasıdır.