Foto 19:19 24.01.2020

Dünyanın yeni təhlükəli virusu bu bazardan yayılıb: İyrənc menyü (FOTO/VİDEO)

Yeni koronavirus ilan əti ilə insanlara ötürülə bilər. O və digər heyvan ətləri Çinin Vuhan şəhərində bir bazarda satılır. İnternetdə həmin bazardaq çəkildiyi iddia edilən fotolar yayılıb.

Qaynarinfo xəbər verir ki, sözügedən bazarda yerləşən yeməkxanalardan birinin menyüsündə, demək olar ki, bütöv bir zoopark təqdim olunur. Təklif olunan növbənöv qidaların hamısının adı fotoda görünür.

Bu bazarda müxtəlif heyvanların ətini dadmaq mümkündür, məsələn, yarasaların. Bu bazarda ilanlar da satılır. Daha sonra alimlər onları koronavirusun ehtimal olunan mənbəyi hesab etdiklərini bildirdilər.

Bağlanmazdan bir qədər əvvəl Vuhan şəhərinin bir sakini bazardan fotolar çəkib və sonra onları Weibo sosial şəbəkəsində paylaşıb. 
Opossums, mol, ocelot və digər heyvanlar obyektivə düşdü.

Həkimlərin dediyinə görə, Vuhan bazarı yeni növ koronavirus ilə yoluxmanın mərkəzinə çevrilib. İlk yoluxmalar 2019-cu il dekabrın sonunda baş verib.