Video 16:03 27.09.2018

Dünyaya səs salan azərbaycanlı ifaçı (VİDEO)

Elşad Xosenin "Instagram" səhifəsinin yeni sahibi kimdi? Bu sualı 35 min izləyəci bir gündə öz-özünə verdi. 

Səhifənin adı "JayHunMusic" dəyişərək belə adlandı. Bəs "JayHunMusic" kimdi? Bu sualın cavabını "Youtube"da axtararkən məlum oldu ki, həmin hesabın Elşad Xose, Səidə Sultan, Anar Nağılbaz və digər ulduzlarla birgə duetləri var. Lakin hazırda "Youtube" şəbəkəsində onunla bağlı heç bir məlumat yoxdu və bütün videoarxivi silinib.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, bu istedad Ukraynanın "Djafarov Creative" şirkəti ilə müqavilə imzalıdıqdan sonra ilk tələb olaraq musiqiçinin bundan əvvəl gördüyü işlər silinib. Tam yeni imic və musiqi tərzi ilə "JayHunMusic" təqdim edilib. İlk layihə olaraq türk dilində yazılan "O bəndə" mahnısı seçilib.

16 saat davam edən çəkiliş zamanı musiqiçi məşhur azərbaycanlı model Ramina Abbasova ilə bərabər liftdə qalıb. Klip dünyanın 2-ci ən böyük "Youtube" kanalı olan Netd-də (11 milyondan çox olan izləyicisi olan) kanal vasitəsi ilə təqdim olunub. Bu günə qədər Azərbaycandan bu "Youtube" kanal vasitəsi ilə Miri Yusif Aygün Kazımovanın klipləri təqdim olunub.