Ekonomiks 20:27 11.03.2013

Dövlət Agentliyinə yeni baş direktor təyin edilib

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov nazirliyin yanında  Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə yeni baş direktorun təyin edilməsi barədə əmr verib.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev agentliyin yeni baş direktoru Abbas Allahverdiyevi kollektivə təqdim edib. A.Allahverdiyev 1956-cı ildə anadan olub, bir neçə dövlət vəzifəsində çalışıb.

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi 2004-cü ildə yaradılıb. Qurum kənd təsərrüfatı üzrə beynəlxalq kredit layihələrini koordinasiya edir, həmçinin müvəkkil bankların vasitəsilə güzəştli faizlər üzrə kənd təsərrüfatı kreditləri verir.  Agentlik 2007-ci ildən kreditlər verməyə başlayıb. Həmin vaxtdan dövlət büdcəsindən agentliyə  48 mln. manat ayrılıb. Ödənilmiş kreditləri nəzərə almaqla, təsərrüfatlara 67 mln. manat həcmində kredit verilib /Turan/.