Ölkə 16:06 24.11.2017

Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü: ölən var

Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.  

Qaynarinfo Report-a istinadən xəbər verir ki, "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. 

Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırıldığından o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.

Qeyd olunur ki, qəzaya düşənlər Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları olub.