Siyasət 14:05 18.06.2013

Dövlət Baxçalı azərbaycanlı deputata qəzəbləndi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Azərbaycanlı bir millət vəkilinə möhkəm qəzəblənib.

“Azadinform” agentliyi etibarlı mənbəyə istinadən xəbər verir ki, partiyasının həftəlik toplantısında bu qəzəbini dilə gətirən D.Baxçalı Azərbaycanlı millət vəkili haqqında sərt ifadələr işlədib.

Məlumata görə, Azərbaycanlı millət vəkili Türkiyədə bir məclisdə D.Baxçalının yerinə yeni bir namizəd təklif edib və yeni namizədin Azərbaycan tərəfindən dəstəklənməsinin təşkilini də öz boynuna götürüb. Həmin məclisdə iştirak edənlərdən biri isə bas verən söhbətləri olduğu kimi MHP sədrinə çatdırıb. Məhz buna görə həmin Azərbaycandan olan millət vəkilinin MHP-nin hər hansı bir tədbirinə dəvət olunması qadağan edilib.

Qaynar.info