Ekonomiks 19:16 18.02.2019

Dövlət büdcəsində 800 milyon manatdan çox qalıq yaranıb

Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2 097,1 milyon manat, xərcləri isə 1 269,1 milyon manat təşkil edib.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 50,5% və 30% çoxdur.

Son nəticədə büdcədə 828 milyon manatlıq qalıq yaranıb.