Ekonomiks 21:00 19.05.2018

Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisdə

"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

Bu barədə modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və  sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Deputat bildirib ki, "2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi  gələn həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək.